Putinin xüsusi nümayəndəsi istefa verdi: Çubays Rusiyanı tərk edib

Dünya

23.03.2022 - 21:52

Həkimlər Klinikalar SEO Xidməti

Təsdiq olunmamış məlumatlara görə, hazırda Anatoli Çubays İstanbuldadır

Anatoli Çubays Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən gedib. AYNA xəbər verir ki, bu barədə məlumatı “Boolomberg” iki mənbəyə istinadən yayıb.

Məlumatda Çubaysın Rusiyanı tərk etdiyi də bildirilib. TASS-dakı mənbə Çubaysın ölkədən getdiyini təsdiqləyib. Təsdiq olunmamış məlumatlara görə, hazırda Anatoli Çubays İstanbuldadır.

Qeyd edək ki, daha əvvəl Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Skolkovo Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş