“Hazırda Rusiya tərəfi “Taliban”dan hansısa təhlükə faktı görmür”
“Mərkəzi Asiyanın təhlükəsizliyi müqavilələrə uyğun olacaq”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya şöbəsinin müdiri Zamir Kabulov deyib.
Kabulov ümid edir ki, “Taliban” yaraqlıları müqavilələrə əməl edəcək.
Kabulovun sözlərinə görə, hazırda Rusiya tərəfi “Taliban”dan hansısa təhlükə faktı görmür: “İndiyə qədər səfirliyimizin təhlükəsizliyi və Mərkəzi Asiyadakı müttəfiq ölkələrin təhlükəsizliyi baxımından problem yoxdur. Bu, ürəkaçan bir siqnaldır”.
“Biz inadkar insanlarıq, amma o dərəcədə də deyil. Növbəti addımları yaxından izləyəcəyik”, - deyə Rusiya Prezidentinin nümayəndəsi söyləyib.