Rusiya Prezidenti sammitə videobağlantı vasitəsilə qatılacaq
Rusiya Prezidenti Vladimir Putin gələn həftə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində videobağlantı vasitəsilə iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubin öz “Telegram” kanalında məlumat verib.
Dövlət başçısı Ali Dövlət İdarəçilik Məktəbinin məzunları ilə də görüşməyi planlaşdırır.
Bundan əlavə, Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirməyə hazırlaşır.
İyunun əvvəlində məlum olub ki, Cənubi Afrika Respublikasının Pprezidenti Siril Ramafosa iyulun 27-28-də Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammiti zamanı Rusiyaya səfər edə bilər.