Putin: “Rusiyanın T-90 tankı dünyanın ən yaxşı tankıdır”

Dünya

16.07.2023 - 17:39

cedabet dərman SEO Xidməti

Rusiya Prezidenti: “Qərb istehsal olan və Ukraynada ələ keçirilən texnika rusiyalı mütəxəssislərin tədqiqat obyekti olacaq”

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın T-90 tankını dünyanın ən yaxşısı adlandırıb. AYNA xəbər verir ki, onun sözlərini jurnalist Pavel Zarubinin “Telegram” kanalında yayıb.

“T-90 tankı dünyanın ən yaxşı tankıdır. Heç bir mübaliğəsiz”, - deyən Putin Rusiyanın səmərəli müasir avadanlıqlara malik olduğunu vurğulayıb.

Putin qeyd edib ki, Qərb istehsal olan və Ukraynada ələ keçirilən texnika rusiyalı mütəxəssislərin tədqiqat obyekti olacaq.

“Əgər içinə baxmaq və tətbiq edə biləcəyimiz bir şeyin olub-olmadığını görmək imkanı varsa, niyə də olmasın?”, - deyə dövlət başçısı fikrini yekunlaşdırıb.

Qeyd edək ki, iyunun 13-də hərbi komandirlərlə görüşdə Putin bildirib ki, Rusiya qoşunları Ukraynaya ötürülən Qərb tipli hərbi texnikanın 25-30 faizini məhv edib. Putin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı yalnız görünən itkiləri 160 tank və 360 zirehli texnika təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş