Putin: "Rusiyanın Donbass sakinlərinə dəstəyi çoxlarının xoşuna gəlmir"

Dünya

11.05.2022 - 18:24

Rusiya Prezidenti separatçı "dövlətlər"ə Kremlin dəstəyindən danışıb

"Rusiyanın "Donetsk və Luqansk Xalq Respublikaları"nın sakinlərinə dəstəyi ilə bağlı prinsipial mövqeyi çoxlarının xoşuna gəlmir". AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Prezident Vladimir Putin deyib.

"Rusiyanın Donbass sakinlərini qorumaq və dəstəkləmək üçün prinsipial mövqeyi, əlbəttə ki, bir çox tərəfdaşların xoşuna gəlmir. Lakin onlar hazırda bu dəstəyə həqiqətən ehtiyacı olan insanlardırlar", - Putin bioldirib.

Prezident həmçinin əlavə edib ki, Donbass sakinlərinə dəstək humanitar əsasda təmin edilməlidir. 

Bundan əlavə, Putin "DXR" və "LXR"-nın uşaqları arasındakı istedadlıların dəstəklənməsi və inkişafı üçün metodiki mərkəzlərin yaradılmasını nəzərdən keçirməyi təklif edib.

Müəllif: Ayna.az