Putin Rusiya hərbçilərinin Kremençukda terror törətməsini təkzib edib

Dünya

30.06.2022 - 09:45

“Rusiya ordusu “xüsusi əməliyyat” zamanı heç bir mülki obyekti vurmur”

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərində terror aktı törədilməsi ilə bağlı xəbərləri təkzib edib. AYNA TASS-a istinadən xəbər verir ki, Putinin sözlərinə görə, Kremençukda heç bir terror aktı olmayıb

“Rusiya ordusu “xüsusi əməliyyat” zamanı heç bir mülki obyekti vurmur”, - Putin əlavə edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kremençukda silah ambarının məhv edilməsi barədə məlumat yayıb. Rusiya hərbçilərinin bildirdiyinə görə, orada Donbassdakı Ukrayna qoşun qrupuna göndərilməsi planlaşdırılan Qərb silahları saxlanılırmış.

Daha sonra yerli ticarət mərkəzində baş verən yanğının görüntüləri internetdə yayılıb. Rəsmi Kiyev Moskvanı binaya raket hücumunda və terrorda ittiham edib. Lakin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ittihamları “saxta” adlandırıb.

Müəllif: Ayna.az