Rusiya Prezidenti “Vaqner” rəhbərinin müraciətinə mənfi cavab verib
"Vaqner" hərbi şirkətinin sahibi Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinə muzdlu döyüşçülər yığılması ilə bağlı müraciət edib. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, Priqojin Putindən həbsxanalardan muzdluların toplanmasını davam etdirməyi, ona yeni səfərbər olunanlara təlimlər keçirilməsinə icazə verməyi və əcnəbi döyüşçülərin, xüsusilə də əfqanların cəlb edilməsinə şərait yaratmağı xahiş edib.
Nəşrin iddiasına görə, Putin faktiki olaraq Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin tərəfini tutub və bu məsələləri Müdafiə Nazirliyi ilə özünün həll etməli olduğunu bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Priqojinin müraciətindəki istəklərin həyata keçirilməsinə qadağa qoyub.