Putin Paşinyanla telefon danışığı aparıb

Dünya

01.04.2022 - 22:20

Həkimlər Klinikalar SEO Xidməti

Söhbət zamanı Qarabağla bağlı müzakirə aparılıb

Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

AYNA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, danışıq zamanı Qarabağda sabitliyin qorunub-saxlanması məsələləri üzrə fikir mübadiləsi davam etdirilib.

Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarına ciddi əməl olunmasının zəruriliyi təsdiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş