Çin lideri özü ABŞ Prezidenti Donald Trampın yanında dayanıb
Rusiya Prezidenti Vladimir Putin APEC sammiti iştirakçılarının foto çəkilişi zamanı Çin lideri Si Cinpinin həyat yoldaşının yanında yer alıb. AYNA.AZ xəbər verir ki, Kremlin yayımladığı videoda Çin liderinin özünün ABŞ Prezidenti Donald Trampın yanında dayandığı görünür. Amerika və Rusiya liderləri əl sıxdıqdan sonra Si Putini toplu foto çəkdirmək üçün mövqeyə yönləndirib. Putin Çin liderinin həyat yoldaşı ilə Vyetnam Prezidenti To Lam arasında yer alıb. Tramp isə Cinpinin yanında olub.
Daha əvvəl Çin lideri Putini Şençjen hava limanında qarşılamamışdı. Rusiya liderini Çin Kommunist Partiyasının Baş Ofisinin rəhbəri Çay Çin qarşılayıb. Amma Cinpin Trampı şəxsən təyyarənin yanında qarşılayıb. Onlar qucaqlaşıb qırmızı xalçadan kortejə qədər birlikdə gediblər. Qəbul zamanı orkestr Tramp üçün ABŞ himnini də ifa edib. Putinin girişi isə Pyotr Çaykovskinin "Şelkunçik" baletindən rus rəqsi "Trepak"ın musiqisi ilə müşayiət olunub.
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş 19 noyabrda planlaşdırılıb. Onlar nüvə silahsızlanması məsələsini müzakirə etmək niyyətindədirlər. Mənbələr “The Wall Street Journal”a bildiriblər ki, telefon danışığında Putin Trampa APEC sammitinin üç dövlət başçısının dünyanı təsir dairələrinə böləcəyi "ikinci Yalta Konfransı" kimi istifadə edilməsini təklif edib. Rusiya Prezidenti görüş zamanı Ukraynada sülh danışıqlarını öz şərtləri ilə aparmağa da ümid edir. Lakin bu ideya Çin və Amerika liderlərinin dəstəyini qazana bilməyib.
Kremlə yaxın “Bloomberg” mənbələri sammitdə əhəmiyyətli razılaşmaların əldə edilməsi ehtimalının az olduğunu bildiriblər.