Rusiya Prezidenti Türkiyəyə səfər edəcək
“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvətini qəbul edib və epidemioloji vəziyyət, qrafiklər imkan verən kimi Türkiyəyə səfər edəcək”.
AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, Ərdoğan bir neçə gün əvvəl Putini Türkiyəyə səfərə dəvət etmişdi.