Prigozhin: “Döyüşçülərimiz müxtəlif istiqamətlərdə 280 metrə qədər irəliləyib, sursat gözləyirik”
“Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Ukraynanın Baxmutdakı irəliləyişlərindən danışıb. AYNA xəbər verir ki, bu barədə o, “Vaqner”in “Telegram” kanalında qeyd edib.
Priqojinin sözlərinə görə, “Vaqner” muzdluları müxtəlif istiqamətlərdə 280 metrə qədər irəliləyiblər: “Ukrayna qüvvələrinin nəzarəti altında olan ərazi 2,37 kvadrat kilometrdir. İrəliləyirik, sursatların gəlməsini gözləyirik”.
Qeyd edək ki, bundan əvvəl Priqojin Rusiya ordusunun rəhbərliyini muzdluları sursatsız qoyduğu üçün sərt tənqid etmiş, “Vaqner”in Baxmutdan çıxacağını söyləmişdi.