Prezidentin və Konstitusiya Məhkəməsinin son qərarı nə olacaq?

Cəmiyyət

22.10.2023 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

Özəlləşdirmə çeklərini satmayanların tələbi…

“Vətəndaşlar öz haqlarını tələb etməyi bacarmalıdır” bu sözlər Cənab Prezident İham Əliyevin xalqa tövsiyəsidir. Özəlləşdirmə paylarını satmayan yüzminlərlə ailəni dəstəkləyən deputatlar və ziyalılar mətbuat vasitəsilə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Konstitusiya Məhkəməsinin cənab Prezidentin göstərişini tez bir zamanda yerinə yetirməli olduğunu bildirib. Əlbəttə, heç kim yüzminlərlə ailənin miras əmlak payının haqqının yeyilməsi ilə razı ola bilməz.

Linkə keçid

Konstitusiya Məhkəməsi 6 aydır bu işi uzadır. Hətta cənab Prezidentin Konstitusiya Məhkəməsinə 12 sentyabrdakı müraciətinə qarşı saymamazlıq edən məmurlara ancaq xalq düşmənləri demək olar. “Konstitusiya Məhkəməsi Haqqında” Qanunun 52.1 maddəsinə əsasən, bir ay müddətində şikayətimiz Konstitusiya Məhkəməsinin Palatasının iclasına çıxarılaraq baxılmalı və bizə icraata qəbul edilməsi barədə yazılı məlumat göndərilməli idi. Ümumilikdə bizim müraciətdən 6 ay, cənab Prezidentin müraciətindən isə 45 gün vaxt keçib. Cənab Prezidentin müraciətini saymayan və qanunlara əməl etməyən məmurların bu addımı cənab Prezidentə və dövlətçiliyə qarşı təxribatdır. Xalqa qarşı xəyanət və cinayətdir.

Əlbəttə, bu halda Konstitusiya Məhkəməsinin sədri başda olmaqla, bütün hakimləri istefaya getməlidir. Tezliklə müsbət cavab verilməsə, yüzminlərlə vətəndaşın haqqını və ədaləti tələb edən “Facebook”da 39 mindən çox ailəni özündə birləşdirən “Özəlləşdirmə Çekləri” qrupundakı vətəndaşlar Konstitusiya Məhkəməsi tərəfindən cənab Prezidentin müraciətinə qarşı olan bu saymamazlıqdan sonra xarici və yerli mediaya, QHT rəhbərlərinə, səfirliklərə və bloggerlərə onlara dəstək olmaq üçün müraciət edərək Konstitusiya Məhkəməsi qarşısında “İSTEFA” şüarı ilə aksiya keçirmək məcburiyyətində qalacaqlar. Bu özəlləşdirmə paylarını satmayan yüzminlərlə vətəndaşın tələbidir. Cənab Prezidentin göstərişinə qarşı belə rəftar edənlər həm də xalqa və dövlətçiliyə qarşı düşmənçilik etmiş olurlar.

Bu gün Konstitusiya Məhkəməsində bundan vacib nə iş ola bilər?

Bütün ziyalılardan, deputatlardan, hüquqşünaslardan və Konstitusiya Məhkəməsinin hakimlərindən xahiş edirik ki, Oxuyun və Xalqa dəstək olun! ( bu məqalədə olduğu kimi)

Son 6 ayda Konstitusiya Məhkəməsi bundan vacib hansı işi araşdırıb?

Bütün məlumatları buradan oxuyun:

Ey məmurlar, biz dilənçi deyilik. Kapitalizmə dinc keçid üçün qanunla bizim ailələrimizə dövlət və Ulu Öndər tərəfindən VƏD olunmuş ata-babalarımızın qanı və zəhməti hesabına qurulmuş dövlətdən düşən miras əmlak payımızı tələb edirik.

Hətta Milli Məclisin sədri və deputatlara da növbəti müraciət olmuşdur.

Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu

Müəllif: Aydın Gəray