Nazirlər Kabineti hərbi vəziyyət rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib
Haiti Prezidenti Xovenel Moisenin sui-qəsd nəticəsində öldürülməsindən sonra ölkənin Nazirlər Kabineti hərbi vəziyyət rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib.
AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Haiti Prezidenti vəzifələrini icra edən Baş nazir Klaude Cozep deyib.
Baş nazir ölkədəki bütün siyasi qüvvələri demokratiyanın müdafiəsi naminə birləşməyə çağırıb və Prezidentin qatillərinin qanuna əsasən cəzalanacağını vurğulayıb.
Qeyd edək ki, Haiti Prezidenti öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı yaralanan Haitinin birinci xanımı da xəstəxanada ölüb.