Prezidentdən yol tikintisi barədə SƏRƏNCAM

Xəbərlər

09.06.2022 - 17:42

Həkimlər Klinikalar SEO Xidməti

2 yaşayış məntəqəsini birləşdirən yol çəkiləcək

Prezident İlham Əliyev Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

AYNA-nın xəbərinə görə, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin bir milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş