Prezident seçkilərində namizədlərin topladığı yekun səslər açıqlanıb

Xəbərlər

11.02.2024 - 21:28

cedabet dərman SEO Xidməti

İlham Əliyev 92,12 faiz səslə seçkilərin qalibi olub

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər açıqlanıb.

AYNA-nın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.

İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.

Digər namizədlərin topladığı səslər aşağıdakı kimidir:

- Zahid Oruc - 2,17 faiz (107 632 səs);

- Fazil Mustafa - 1,99 faiz (98 421 səs);

- Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);

- Razi Nurullayev - 0,80 faiz (39 643 səs);

- Elşad Musayev - 0,66 faiz (32 885 səs);

- Fuad Əliyev -0,54 faiz (26 517 səs).

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş