Prezident Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib - VİDEO

Xəbərlər

14.09.2023 - 16:11

cedabet dərman SEO Xidməti

İlham Əliyev görüşdə çıxış edib

Tacikistanın paytaxtı Düşənbədə sentyabrın 14-də Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilir. AYNA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə həmin görüşdə fəxri qonaq qismində iştirak edir.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşə fəxri qonaq qismində qatılan Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş