Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Xəbərlər

09.08.2022 - 14:41

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyevi və Mehriban Əliyevanı Türkiyənin rəsmi şəxsləri qarşılayıblar

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.

AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş