Prezident İlham Əliyev Brüsselə işgüzar səfərə gedib

Xəbərlər

06.04.2022 - 15:41

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə başçısı Şarl Mişelin dəvəti ilə Brüsselə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib. 

Qeyd edək ki, İ.Əliyevin bu gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş