Prezident bir neçə ölkədəki səfiri geri çağırıb

Xəbərlər

19.08.2022 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev sərəncam imzalayıb

Azərbaycanın Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb. AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş