Prezident Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Xəbərlər

30.04.2023 - 19:52

cedabet dərman SEO Xidməti

Azərbaycanda “Formula 1” yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olunub

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

AYNA xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uzun illər mövcud olan uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Azərbaycanda “Formula 1” yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, ölkəmizin uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş