Prezident Almaniyaya yeni səfir təyin edib

Siyasət

19.08.2022 - 20:18

cedabet dərman SEO Xidməti

Dövlət başçısı Nəsimi Ağayeva yeni vəzifə verib

Azərbaycan Almaniyaya yeni səfir təyin edib. AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş