İlham Əliyev həmkarını təbrik edib

Siyasət

27.11.2019 - 12:27

“Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”

 

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu ünvanlayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Rumıniya dostluğu və əməkdaşlığının, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

 

Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Müəllif: Ayna.az