Ölkədə 2066 nəfər deputatlığa iddialıdır

Siyasət

04.01.2020 - 13:13

Məzahir Pənahov: Müraciət edənlərdən 285 nəfərin namizədliyi qeydə alınıb”

 

Cari il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 2066 nəfər müraciət edib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda açıqlama verib.

 

Onun sözlərinə görə, həmin namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

 

“Müraciət edən 2066 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub. Onlardan 1903 nəfəri imza vərəqələrini artıq götürüb, 580 nəfəri qaytarıb, 285 nəfər isə qeydə alınıb”, - deyə M.Pənahov bildirib.

Müəllif: Ayna.az