Polşalı briqada generalı Ukraynada həlak olub

Dünya

27.03.2024 - 12:48

Adam Marçak Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqəsinə endirilən zərbə nəticəsində ölüb

Polşalı briqada generalı, Avropa İttifaqının Belçikanın Mons şəhərindəki “Althea” əməliyyat komandanlığının qərargah rəisi Adam Marçak Ukraynada həlak olub. AYNA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Generalın gözlənilmədən ölümü təbii səbəblərdən, asudə vaxtlarında baş verib. Mərhumun ailəsi və yaxınları məlumatlandırılıb və Polşa ordusundan dəstək ala biləcəyinə əminlik bildirilib”, - deyə komandanlıq generalın yaxınlarına başsağlığı verib.

Markzakın ölüm səbəbi dəqiqləşdirilməyib.

Adam Marçak Mexanikləşdirilmiş Qüvvələrin Ali Zabitlər Məktəbini və Krakov Pedaqoji Kollecini bitirib. 6-cı Hava Desant Briqadasında xidmət edib. Komandir kimi Markzak Bosniya və Əfqanıstanda Polşa missiyalarında iştirak edib.

Xarici medianın məlumatına görə, Marçak ehtimal ki, Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin Çasov Yar şəhərindəki komanda məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində ölüb.

Müəllif: Ayna.az