Andrey Ermak: "Dostlarımıza təşəkkür edirik"
Polşa və Almaniya hərbi yardım olaraq Ukraynaya tanklar göndərib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezident Aparatının sözçüsü Andrey Ermak açıqlama verib.
“Polşadan “PT-91 Twardy” tankları Ukraynaya gəldi. Dostlarımıza təşəkkür edirik”,- deyə o qeyd edib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə televiziya kanallarından birində Almaniyadan gələn 15 Gepard zenit-tank sistemindən ilk üçünün Ukraynaya çatdığını bildirib.