Polşa Prezidenti Kiyevə səfər edib

Dünya

23.08.2022 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Andjey Duda “Krım platforması” sammitində iştirak edəcək

Polşa Prezidenti Andjey Duda Ukrayna rəhbərliyi ilə bu ölkəyə hərtərəfli dəstək məsələlərini müzakirə etmək üçün Kiyevə səfər edib. AYNA UNİAN-a istinadən bildirir ki, bunu Polşa Prezidentinin dəftərxanasının rəhbəri Pavel Şrot bildirib.

 “Prezident Andjey Duda Kiyevə gəlib. O, buraya Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə səfər edib. Səfər proqramına Prezidentlə görüş, Ukraynaya avadanlıq baxımından hərbi dəstək, habelə iqtisadi, humanitar və siyasi mənada dəstək barədə danışıqlar daxildir”, - Pavel Şrot belə deyib.

Onun sözlərinə görə, Polşa Prezidenti daha sonra “Krım platforması” sammitində iştirak edəcək.

2021-ci ildə Ukrayna Prezidenti tərəfindən əsası qoyulmuş “Krım platforması” yarımada ilə bağlı bütün məsələlərin strukturlaşdırıması üçün məşvərət və kommunikasıya formatıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş