Polisin tələbinə əməl etməyən “KamAZ” sürücüsü həbs olunub

Xəbərlər

09.08.2022 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Sürücü yol polisinin “Saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin qanunu tələbinə əməl etməyən yük maşını sürücüsü həbs edilib. AYNA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, avqustun 7-də Əmirli Zamiq Əmir oğlu idarə etdiyi 15-BH-564 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını ilə stasionar postda yol polisinin “Saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib.

DYP əməkdaşları onu saxlamağa müvəffəq olub. Polisin qanuni tələblərinə əməl etmədiyinə görə, barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Əmirli Zamiq Əmir oğlu sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş