Polis Xırdalanda əməliyyat keçirib

Xəbərlər

07.02.2022 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

Narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb 

Abşeron Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Turan Əliyev tutulub. Onun əlindəki çantaya baxış zamanı yüksək təsiredici xassəyə malik 1 kiloqram 500 qram heroin aşkarlanaraq götürülüb.

Araşdırma nəticəsində Turan Əliyevin Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Turan Əliyevlə bağlı aparılan araşdırmalar zamanı onun, həmçinin Xırdalan şəhərində gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu da müəyyən edilib.

Əməliyyatlar zamanı saxlanılan Turan Əliyev barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və həmin şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş