Poçta saxta dollar verən şəxs tutulub

Xəbərlər

28.02.2022 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxs əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub 

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 dollarlıq əsginas verərək manat alması, həmin dollar əsginaslarının isə saxta olması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.İsayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Onun saxta əskinasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyənləşib.

Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş