Plastik və polietilen qablaşdırmanın ziyanları

Xəbərlər

20.04.2022 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

“Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji  fəsadları” adlı tədbir keçirilib

Bakının Xətai rayonundakı Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji  fəsadları” adlı maarifləndirici tədbir keçirilib. AYNA xəbər verir ki, tədbir İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə  dəstəyi ilə  baş tutub. 

Maarifləndirici tədbirdə plastik və polietilen qablaşdırmalardan istifadə qaydaları, xüsusiyyətləri, keyfiyyətləri, həmin məhsulların utilizasiya və məhv edilməsi prosesləri haqqında geniş məlumat verilib.

Layihə rəhbəri İSAY İB nin sədri Eyyub Kərimli layihə haqqında geniş məlumat təqdim edib. Layihənin  aktuallığı, məqsədləri və vəzifələri iştirakçıların diqqətinə çatdırılıb. Dövlətin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamlığı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. 

Sonra layihə çərçivəsində hazırlanmış “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirilib. 

Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsəslələr şöbəsinin müdüri Pənah İmanov da layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış edib. Bu sahədə rayonda görülən işlər haqqında ətraflı məlumat verib. 

Layihənin təsirlərini və əhatəliliyini  təmin etmək üçün  iştirakçılara maarifləndirici bukletlər, kağız çantalar, birdəfəlik kağız stəkanlar, blaknot və qələmlər paylanılıb.

Plastik və polietilen qablaşdırmanın ziyanları Plastik və polietilen qablaşdırmanın ziyanları
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş