Pirşağıda qamışlıq sahədəki yanğın söndürülüb 

Hadisə

09.06.2023 - 16:24

FHN hadisə ilə bağlı məlumat yayıb

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən söndürülüb. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edək ki, Pirşağı qəsəbəsində qamışlıq sahədə yanğın olub. FHN-dən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Müəllif: Ayna.az