Pirallahıda top mərmisi aşkarlanıb

Xəbərlər

07.04.2022 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Mərmi zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Pirallahı rayonunda sursatın aşkarlanması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın bir ədəd 100 millimetrlik OF-32 top mərmisi olduğu müəyyənləşdirilib.

Mərmi nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş