Bu barədə ABŞ hökumətinə məlumat veriləcək
“Pfizer” şirkəti tezliklə ABŞ hakimiyyətini koronavirus peyvəndinin üçüncü - gücləndirici dozasının vurulmasına ehtiyac olması barədə məlumatlandıracaq.
AYNA xarici mediaya istinadən xəbər verir ki, sabah keçiriləcək iclasda ABŞ-ın müvafiq dövlət qurumlarının rəhbərlərinə məlumat veriləcək.
Qeyd edilir ki, peyvənddən altı ay sonra verilən gücləndirici doza standarta uyğun verilən iki dozadan sonra 5-10 qat daha çox antikor istehsalına imkan verir.