Peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

04.05.2023 - 22:47

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada COVID-19 əleyhinə 199 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 199 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 23, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 962 216, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 880, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 161, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 002, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 173 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş