Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

29.10.2022 - 19:13

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 555 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 144, ikinci doza vaksinlərin sayı 122 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 246, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 43 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 910 603 olub.

Müəllif: Ayna.az