Peskov ukraynalılara səsləndi - “Zəngli saatlarınızı qurun”

Dünya

16.02.2022 - 07:38

Həkimlər Klinikalar SEO Xidməti

Peskov Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı fikirlərə münasibət bildirib

Kreml bir sıra Qərb KİV-nin Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərlərinə istehzalı şəkildə reaksiya verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalılara müraciət edərək zəngli saatları qurmağı və və bunu öz gözləri ilə görməyi məsləhət bilib. 

Britaniya nəşrlərinin məlumatına görə, hücum gecə saat 3-də baş verəcək.

Öz növbəsində “Mirror” nəşri də Amerika kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən bu barədə yazıb.

“Sun” həmçinin, ABŞ kəşfiyyatına istinadən gecə saat 3-ü “ən çox ehtimal olunan vaxt” kimi qeyd edir.

Peskov ukraynalıların bu gecə narahat olmalı, yoxsa rahat yata biləcəkləri ilə bağlı suala belə cavab verib: “Ən yaxşısı, zəngli saatlarını qursunlar və özləri görsünlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş