Peskov Qərbi hədələyib

Xəbərlər

06.05.2024 - 23:14

Kremlin sözçüsü: "Bunlar indiyə qədər görünməmiş bəyanatlardır"

Qərb ölkələrinin nümayəndələrinin Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqları barədə bəyanatları Rusiyadan çevik və effektiv reaksiya tələb edir.

AYNA xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Fransa prezidenti Emmanuel Makronun, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun, eləcə də bəzi ABŞ senatorlarının bəyanatlarına istinad etdiyini açıqlayıb: “Bunlar indiyə qədər görünməmiş bəyanatlardır. Onlar və effektiv reaksiya tələb edir”.

Müəllif: Ayna.az