Peskov: “Kiyevi son ukraynalı ölənə qədər vuruşmağa təşviq edən Vaşinqtondur”

Dünya

14.07.2023 - 16:45

cedabet dərman SEO Xidməti

"Ukraynaya getdikcə daha çox yeni silah növlərinin, sursatların tədarükündə təşəbbüskar ABŞ-dır”

"Ukraynaya getdikcə daha çox yeni silah növlərinin, sursatların tədarükündə təşəbbüskar ABŞ-dır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml rəsmisi bildirib ki, “Kiyevi son ukraynalı ölənə qədər vuruşmağa daim təşviq edən Vaşinqtondur”.

Qeyd edək ki, iyulun 11-də Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, Qərb ölkələri Ukraynada münaqişənin gərginləşməsində maraqlıdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Qərbdən növbəti silah tədarükü Ukraynada münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş