Pensiyaların aprelin 15-i tarixində tam ödənilməsi nəzərdə tutulub
Respublika üzrə pensiyaların aprel ayının 15-i tarixində tam ödənilməsi nəzərdə tutulub.
AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.