Pekindən Vaşinqtona xəbərdarlıq: “ABŞ “vahid Çin” prinsipini pozur”

Dünya

20.09.2024 - 13:04

Həkimlər Klinikalar SEO Xidməti

“Birləşmiş Ştatlar addım-addım Tayvanı hərbi təcavüzə doğru sövq edir”

“Birləşmiş Ştatlar Tayvan adasına növbəti silah tədarükünü planlaşdırmaqla “vahid Çin” prinsipini ciddi şəkildə pozur”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.

“Birləşmiş Ştatlar tərəfindən Çinin Tayvan bölgəsinə silah tədarükü “vahid Çin” prinsipini və üç birgə kommunikeni ciddi şəkildə pozur. Bu, Çinin suverenliyini və onun təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir və Tayvan boğazında sülh və sabitliyi əhəmiyyətli dərəcədə pozur”, - deyə Çin rəsmisi qeyd edib.

Çjan Syaoqanq Pekinin kəskin narazılığını ifadə etdiyini və bununla bağlı artıq ABŞ hakimiyyətinə ciddi təqdimat etdiyini vurğulayıb: “Birləşmiş Ştatlar separatçılara dəstək olmaq üçün silahdan istifadə etməklə onlara çox yanlış siqnal göndərir. Birləşmiş Ştatlar addım-addım Tayvanı hərbi təcavüzə doğru sövq edir”.

Çin rəsmisi Tayvanın müstəqilliyi regionda sülh və sabitlik üçün "ən böyük xərçəngdir". O xatırladıb ki, Tayvan məsələsi Çin-Amerika münasibətlərində “keçilə bilməyən qırmızı xəttdir”.

"Biz israr edirik ki, Birləşmiş Ştatlar öz öhdəliklərini effektiv şəkildə yerinə yetirsin, Tayvanın müstəqilliyini dəstəkləməsin və Taypey ilə hərbi əlaqələrdən əl çəksin", - Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Onun sözlərinə görə, Vaşinqton “Çin və ABŞ, eləcə də onların silahlı qüvvələri arasında əlaqələrin sabit, sağlam və davamlı inkişafını qorumaq üçün əməli tədbirlər görməlidir”.

“Çin Xalq Azadlıq Ordusu hərbi hazırlığı və döyüş hazırlığını gücləndirməyə davam edəcək. Biz qətiyyətli, təsirli tədbirlər görəcəyik və separatçıların Tayvanın qondarma müstəqilliyini təmin etmək cəhdlərini, eləcə də xarici qüvvələrin müdaxiləsini qətiyyətlə yatıracağıq”, - deyə Çjan Syaoqanq fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az