Afət Məmmədova: “Çinin bir neçə şəhərində, həmçinin Pekində, Şanxayda ölənlər var”
Çində meydana çıxan və digər ölkələrə də yayılma təhlükəsi olan koronovirusla bağlı narahatlıqlar davam edir. Bu ölkədə nələr yaşandığı barədə AYNA-ya, hazırda Pekində yaşayan soydaşımız Afət Məmmədova danışıb.
“Virus Vuhan şəhərindən yayılmağa başladı. Elə yoluxmadan ölən ilk insan da orada qeydə alınıb. Hazırda həmin şəhərə giriş-çıxışa nəzarət var, karantin elan olunub. Şəhərdə, hətta hava da vaxtaşırı dezinfeksiya olunur. Hava reysləri təxirə salınıb. Çinin digər şəhərlərində də fövqəladə vəziyyət elan edilib”, - müsahibimiz deyib.
Onun sözlərinə görə, virusdan ölənlərin sayının qısa müddətdə artması və yoluxmanın miqyasının genişlənməsi paytaxt Pekində də fövqəladə vəziyyət elan olunmasına zərurət yaradıb: “Elə virus yayılan andan Çinin paytaxtında bütün obyektlər ciddi nəzarət altına alındı. Mənim 3 övladım var və uşaqların oxuduğu məktəbdə daim tibbi müayinələr aparılır, tez-tez sorğular keçirilir, şübhə yaradan uşaq dərhal izolə olunur”.
“Ciddi nəzarət olduğu üçün rahatıq. Amma Çinin bir neçə şəhərində, həmçinin Pekində, Şanxayda ölənlər var. Vurusun başqa ölkələrə yayılması və ölmə faktları isə doğru deyil. Bunu burada yayılan xəbərlərə əsasən deyirəm”, - Məmmədova bildirib.
Həmyerlimizin sözlərinə görə, Çinin Səhiyyə Nazirliyi virusun yarasadan qaynaqlandığı və insandan-insana keçməsi ehtimalını təsdiqləyib: “Özünüz yaxşı bilirsiniz də, çinlilər bütün canlıları diri, ölü demədən yeyirlər. Yarasadan insana keçməsi faktı dəqiqdir”.
Raminə Eyvazqızı
Pin up casino Pin-up casino giriş