Çin xaricə səyahət edən dövlət sektoru işçilərinə nəzarəti gücləndirir
Çin xaricə səyahət edən dövlət sektoru işçilərinə nəzarəti gücləndirir. “Xarici şəxsi səyahətlərin idarə edilməsi” çərçivəsində həyata keçirilən pasport toplama kampaniyası Çin rəsmilərinə vətəndaşların xaricə səfərlərini izləmək imkanı verir.
Çində xaricə səyahətə qoyulan məhdudiyyətlər keçən illə müqayisədə xeyli genişləndirilib. AYNA “Epravda.com.ua ft.com”a istinadən xəbər verir ki, yoxlamalar məktəblərin, universitetlərin sıravi işçilərini, yerli hakimiyyət orqanlarını və hökumət işçilərini əhatə edir.
Pasportların müsadirəsi çox güman ki, orta və yüksək səviyyəli məmurlar kimi əsas şəxslər üçün səyahət məhdudiyyətləri sistemi quran və yerli hakimiyyət orqanlarına bütün dövlət işçiləri üçün beynəlxalq səyahətlə bağlı qaydalar müəyyən etməyə imkan verən 2003-cü ildə qəbul olunmuş qaydalara əsaslanır.
Xatırladılır ki, Tibet kimi problemli bölgələrin sakinləri on ildən çoxdur ki, səyahət azadlığını itiriblər. Bildirilir ki, məhdudiyyətlər pensiyaçılara da şamil edilir.