Pekin aeroportunda yüzlərlə reys ləğv edilib

Dünya

17.06.2020 - 01:35

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görülür 

 

Pekinin Şoudu beynəlxalq aeropotunda 600-dən çox daxili reys ləğv edilib.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə məlumat hava limanının elektron tablosunda əks olunub.

 

Daha əvvəl Pekin hökuməti şəhərin iri bazarlarının birində koronavirusun yayılması səbəbindən ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətə reaksiya səviyyəsini üçüncüdən ikinciyədək artırıb.

Müəllif: Ayna.az