Paytaxtın bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Xəbərlər

08.05.2022 - 17:01

Həkimlər Klinikalar SEO Xidməti

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur

Builki Formula-1 yarışlarına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) “Abşeron Mariott” hotelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH ƏŞ) məlumat yayıb. Məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

BŞH ƏŞ yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bildirir. Şirkət sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş