Paşinyanın ofisindən sülh sazişi barədə AÇIQLAMA

Aktual

30.10.2024 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

“Ermənistan və Azərbaycanın sülh müqaviləsinin qalan bəndlərini razılaşdıra biləcəyinə ümid edirik”

“Ermənistan və Azərbaycanın sülh müqaviləsinin qalan bəndlərini razılaşdıra biləcəyinə ümid edirik”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş nazirinin ofisinin rəhbəri Arayik Arutyunyan parlamentdə keçirdiyi brifinqdə deyib.

"Biz sülh sazişinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsini təmin etməyə çalışırıq", - Arutyunyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında təmaslar bu baxımdan faydalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Kazanda keçirdikləri ikitərəfli görüşdə xarici işlər nazirlərinə sülh müqaviləsini imzalamaq üçün saziş layihəsi üzərində işləri sürətləndirməyi tapşırıblar. Görüş zamanı Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsi də müzakirə olunub.

Müəllif: Ayna.az