Paşinyanın kilsəni hədəfə almasının pərdəarxası məqamları

Aktual

04.06.2025 - 13:37

cedabet dərman SEO Xidməti

Bu məsələ Azərbaycanın xarici siyasətdə tarixi dini rütbələrə istinad kontekstində yeni tendensiya yaradır

Ermənistanın Baş naziri Nikol Paşinyanın erməniliyin episentri və ideya generatoru olan kilsəni hədəfə alması təkcə ölkədaxili siyasi rəqabətin nəticəsi deyil. 

Bu hadisə Azərbaycanın Ermənistanın təhlükəsizlik, siyasi, hüquqi aparatını sürətli və məhsuldar bir şəkildə öz kriteriyalarına tabe etdirməyin motivlərini də əks etdirir.   

Paşinyanın kilsə aparatını tənqid etməsi yeni hadisə olmasa da, son zamanlarda bu ritorikanı daha sərt bir üsluba söykəməsi maraq doğurur. Buna Azərbaycanın qurmaq istədiyi model üzərindən baxmağa ehtiyac var.  

Əsas detal budur: Azərbaycan İrəvan qazısının fəaliyyətini bərpa edən qərar verdikdən sonra Paşinyan kilsəyə qarşı leksikonunu kəskinləşdirdi, sürpriz və sensasion detallar açıqladı. 

Bu məsələ Azərbaycanın xarici siyasətdə tarixi dini rütbələrə istinad kontekstində yeni tendensiya yaradır. Konseptual olaraq din nöqteyi-nəzərindən məsələni belə qiymətləndirərdim: Azərbaycan dağıdıcı və regional pozuculuqla məşğul olan erməni kilsə hərəkatına qarşı həmrəyliyə, sülhə səsləyən İslam inancını ortaya qoyur. Başqa yandan Azərbaycan Ermənistanın kilsə hərəkatına qarşı özünün irəli sürdüyü iki məqsədi vahid bir portfeldə birləşdirir. 

Birincisi, Qərbi azərbaycanlıların qayıdışı üçün Ermənistan daxilində ictimai-siyasi hazırlıqlar lazımdır. İrəvan qazısının fəaliyyətinin bərpa edilməsi bu məqsədlə irəliyə doğru addımlara motivasiya verir.

İkincisi, Nikol Paşinyanın kilsəyə qarşı hücumlarına Azərbaycan tərəfindən dəstəklənən mənalar yüklənməsi üfüqdə görünə bilər.  

Azərbaycan İrəvan qazısının fəaliyyətinin yenidən təşkili ilə Paşinyanın kilsə əleyhinə bəyanatlarını eyni məqsəddə birləşdirən siyasəti elan etməkdə maraqlı tərəf kimi çıxış edə bilər. 

Bu, Azərbaycanın Ermənistan qarşısındakı şərtlər seriyasında yumşaq gücü olmaqla yanaşı, Ermənistan daxilindəki formasiyanı dəyişdirmək metodlarının işləkliyi üçün yeni istiqamətlər yaradacaq.  

Müəllif: Aqşin Kərimov - Siyasi şərhçi

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş