“Yaxın aylarda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəmiz sarsılmaz olaraq qalır”
“Bizim dəyərlər sistemimizin zirvəsi Ermənistan Respublikasıdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasının iclasında deyib.
“Bizim maraqlar sistemimizin zirvəsi Ermənistanın iqtisadi inkişafıdır. Sülh gündəmi bu iki zirvəyə xidmət etməyə yönəlib. Bu baxımdan, yaxın aylarda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəmiz sarsılmaz olaraq qalır. Təbii ki, Ermənistanın bu müqaviləni təkbaşına imzalaya bilməz. Nəzərə almaq lazımdır ki, bunun üçün Azərbaycanın da imzası lazımdır”.
Paşinyan qeyd edib ki, sülhün üç əsas prinsipi əslində Azərbaycanla razılaşdırılıb: “Bu, mayın 14-də və iyulun 15-də Brüsseldə aparılan danışıqlar zamanı baş verib”.