Paşinyan Qarabağ separatçılarının dialoqdan imtinasını anlamadığını bəyan etdi

Xəbərlər

25.07.2023 - 15:58

cedabet dərman SEO Xidməti

Baş nazir: “Bakı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirədən imtina etməyib”

Ermənistanın baş naziri bəyan edib ki, o, Dağlıq Qarabağda səslənən, Bakı ilə dialoqdan imtina edən nöqteyi-nəzəri başa düşmür.

“Azərbaycan danışıqlar masası arxasında Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“Mən danışıqlar masasında belə bir mesaj eşitməmişəm ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqqında danışmaqdan imtina edir”, - Paşinyan bildirib.

Paşinyan vurğulayıb ki, onun üçün Qarabağdakı separatçıların səsləndirdiyi fikir anlaşılmazdır: “Azərbaycanla bu mövzuda müzakirələri niyə qəbul etmirlər, anlamıram. Qarabağda dialoqun zəruriliyi ilə bağlı düşünənlər də var”.

Paşinyan deyib ki, Ermənistan və Azərbaycan bir-birinə inanmır: “Bu vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş