Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələsinə toxunulub
Ermənistanın Baş naziri Nikol Paşinyan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası, sərhədin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məsələsi müzakirə olunub.