“Bəlkə də, Qarabağı Azərbaycandan kənarda görməkdən imtina müharibənin qarşısını ala bilərdi”
“İstisna etmirəm ki, əgər Ermənistan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, müharibənin qarşısını almaq olardı”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini öyrənmək üzrə komissiyanın iclasında deyib.
Ermənistanın hakim “Mülki Müqavilə” fraksiyasından olan deputatı Armen Xaçatryan Baş nazirdən geosiyasi, iqtisadi və demoqrafik amillərin kütləsini nəzərə alaraq müharibənin hansısa şəkildə qaçılmaz olub-olmadığını soruşub.
Baş nazir bildirib ki, İrəvan Qarabağın Azərbaycandan kənarda olması ideyasını rədd etsəydi də, bu, müharibədən qaçmağa zəmanət verməzdi: “Lakin müharibədən yayınmaq üçün nəzəri imkan vardı”.
Qeyd edək ki, komissiya hökumət başçısının iştirakı ilə iclasını davam etdirir. Müzakirənin birinci hissəsi iyunun 20-də baş tutub. Görüş açıq rejimdə başlayıb, sonra qapalı şəkildə davam etdirilib.